Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qalatasaray" daha bir ulduz futbolçu transfer edir
"Qalatasaray" "Çelsi"nin futbolçusu Temue Bakayoko ilə yaxından maraqlanır.
Sportfm.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi icarə əsasında çıxış etdiyi "Milan"ın planlarında deyil. Bu səbəbdən fransalı futbolçu "Çelsi"yə qayıdacaq. London təmsilçisi isə ildə 2,8 milyon avro qazanan Bakayokonu satmağı planlaşdırır.
Temueni Türkiyənin "Qalatasaray" və İngiltərənin "Nottinqem Forest" klubları heyətinə qatmaq istəyir. Premyer Liqa klubu Bakayoko üçün 2+1 illik müqavilə təklif edib.
Qeyd edək ki, Temue Bakayoko 2017-ci ildən "Çelsi"nin formasını geyinir. O, "Milan", "Napoli" və "Monako" klublarında icarə əsasında çıxış edib.
Oxşar xəbərlər
"Çelsi"dən "Adana Dəmirspor"a keçir
Paytaxt klubu 6 futbolçusunu satışa çıxardı - FOTO
Məşqə gecikdi, cərimələndi
"Çelsi"nin futbolçusu qəzaya düşdü
"Monako"nun futbolçusu İngiltərəyə yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası