reklam
Millinin toplanışı və oyunları ləğv olundu
Sportfm.az xəbər saytı

Millinin toplanışı və oyunları ləğv olundu


Futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı və yoxlama oyunları ləğv olunub.

Sportfm.az xəbər verir ki, buna səbəb Türkmənistan millisinin Bakıya səfərinin təxirə salınmasıdır.

Türkmənistan yığma komandası avqustun 10-dan 20-dək Bakıda təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Azərbaycan millisi ilə avqustun 17-də və 19-da yoldaşlıq oyunları keçirməli idi. Amma sənədləşmə prosesini vaxtında etmədiyinə və Azərbaycana giriş üçün viza ala bilmədiyinə görə, Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb. Buna görə də, Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərədə tutulan təlim-məşq toplanışı ləğv olunub.

Oxşar xəbərlər

Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi
Mllimizin təlim-məşq toplanışı başladı
Millimiz Türkmənistana qarşı - Yoldaşlıq oyunu
İraq millisi Azərbaycanda təlim-məşq toplanışına başladı
Azərbaycan–Gürcüstan oyunu ləğv olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər