reklam
Kadini izləmək istəyən 5 manat ödəməlidi
Sportfm.az xəbər saytı

Kadini izləmək istəyən 5 manat ödəməlidi


Azərbaycan Premyer Liqasının I turunda keçiriləcək “Qarabağ” – “Səbail” oyununun biletləri satışa çıxarılacaq.

Sportfm.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki biletlər avqustun 6-dan satışda olacaq. Bu proses saat 11:00-dan oyun başlayanadək davam edəcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və “Azersun Arena”nın kassalarından əldə etmək mümkündür. Qapılar isə azarkeşlərin üzünə matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, avqustun 6-da “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Səbail” oyunu saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ" - “Sumqayıt” oyununun biletləri 5 manata
“Qarabağ” – “Kəpəz” matçının biletləri satışda - Misli Premyer Liqası
20 manat - “Qarabağ” – “Neftçi” matçının qiyməti
Azərbaycan derbisi üçün biletlər satışda - Sabahdan
"Qarabağ" – "Səbail" matçının biletləri satışda - Azərbaycan Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər