"Şamaxı"nın yeni loqosu təqdim olundu -FOTO
"Şamaxı" futbol klubunun yeni loqosu ictimaiyyətə təqdim olunub.
Sportfm.az xəbər verir ki, tədbirdə klubun İdarə Heyətinin sədri Elçin Usub rayona böyük futbolun qayıdışını gözəl hal adlandırıb.
O, qısa müddət ərzində Şamaxıda infrastruktur layihələrinin uğurla icra olunduğunu söyləyib: "Bu işdə AFFA-nın böyük dəstəyi oldu. Prezident İlham Əliyevin buraya gəlişi, görülən işlərlə yaşından tanış olması bizə böyük stimul oldu. Biz də rayon ictimaiyyəti olaraq ruh yüksəkliyi ilə Şamaxıda futbolun inkişafına dəstək göstərəcəyik”.
E.Usub "Şamaxı" klubunun təqdimatının gecikmə səbəbini də açıqlayıb: “Klubun strukturu yeniden təşkil olunub, ictimai birlik olaraq Ədliyyə Nazirliyindən qeydiyyat keçmişik. Bütün sənədləşmə işləri həllini tapandan sonra ictimaiyyət qarşısına çıxdıq”.
"Şamaxı" rəsmisi klubun gələcək planlarından danışıb: “Burada əsas istəyimiz perspektivli gənclərin üzə çıxması, Azərbaycan futboluna yeni məşqçiləri bəxş etməkdir. Eyni zamanda uşaq futboluna da diqqət ayırır, onların inkişafı üçün çalışırıq. Qarşıya hədəflər qoyulub, onun üzərində çalışırıq”.
Usub eyni zamanda problemlərdən danışıb: “Yeni klubdur, problemlər var, komanda yeni bazaya köç etdi. Amma çalışırıq ki, problemləri həll edək”
Oxşar xəbərlər
“Şirvan” hotelində “Şamaxı”ya dəstək” - Tədbir
"Şamaxı"da yeni rəhbər - RƏSMİ
“Şamaxı”nın loqosu - FOTO
“Keşlə”nin adı "Şamaxı" oldu - RƏSMİ
"Şamaxı"nın loqosu müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası