"Qarabağ"ın sabiq futbolçusu vəfat etdi -43 yaşında
Latviya millisinin məşhur oyunçularından olmuş, bir vaxtlar Azərbaycanda “İnter” (hazırkı “Şamaxı"), “Qarabağ” və "Simurq"da çıxış edən Andrey Rubins vəfat edib.
Sportfm.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
43 yaşlı keçmiş yarımmüdafiəçi bu gün qəflətən dünyasını dəyişib. Onun ölüm səbəbi haqda hələlik məlumat verilməyib.
Qeyd edək ki, Andrey Rubins Latviya millisində ən çox oyun keçirən (117 matç) iki futbolçudan biridir. O, “Avro-2004”ün final mərhələsinin iştirakçısı olub.
Rubins 4 il müddətində Azərbaycanda çıxış edib. O, “İnter” (2008-2010), “Qarabağ” (2010-11) və “Simurq”da (2011-2012) oynayıb. 2012-ci ildə karyerasını başa vurub.
Oxşar xəbərlər
"İnter"in əfsanəsi vəfat etdi - FOTO
Premyer Liqanın XX turu rəqəmlərin gözü ilə - STATİSTİKA
"Qarabağ"ın futbolçusu çörək pulsuz qalıb - FOTO
Premyer Liqanın XXV turu rəqəmlərin gözü ilə
Premyer Liqanın XIX turu rəqəmlərin gözü ilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası