reklam
Türkiyə klubunun azarkeşlərindən böyük yanlışlıq
Sportfm.az xəbər saytı

Türkiyə klubunun azarkeşlərindən böyük yanlışlıq


“Fənərbaxça” azarkeşləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Kiyev “Dinamo”suna məğlubiyyətdən sonra sosial şəbəkədə Moskva “Dinamo”sunun paylaşımlarının altına şərhlərdə Rusiya bayraqları ilə çoxlu görüntülər buraxıblar.

Sportfm.az xəbər verir ki, Rusiya mətbuatı bu barədə “Yəqin ki, Türkiyə klubunun azarkeşləri Moskva və Kiyev komandalarının hesablarını qarışdırıblar” yazıb.

“Fənərbaxça” “Dinamo”ya 1:2 hesabı ilə uduzaraq, iki oyunun nəticəsinə görə ÇL-lə vidalaşıb.

İstanbul komandasının azarkeşləri rəqibin qolundan sonra Rusiya prezidenti Vladimir Putinin adını hayqırmağa başlayıb.

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku isə bütün bunlara görə oyundan sonra mətbuat konfransına gəlməyib.

Oxşar xəbərlər

Vladimir Putin şüarına görə ağır cəza - UEFA göz yummadı
Əli Koç azarkeşlərə görə üzr istəməkdən imtina etdi
“Dinamo” – “Fənərbaxça” matçı İngiltərədə keçiriləcək - Zelenski danışıqlara başladı
“Qalatasaray” Ukrayna klubu ilə oynayacaq - Xeyriyyə
"Neftçi" Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər