“Toplanışda çəkdiyimiz əziyyətin bəhrəsini çempionatda görəcəyik“ -Elvin Camalov
“Sabah”ın kapitanı Elvin Camalov klubun “yutub” kanalına açıqlama verib.
Sportfm.az xəbər verir ki, futbolçu Bolqarıstanın Bansko şəhərində keçirilən toplanışı dəyərləndirib:
“İyulun 17-dən Bansko şəhərində toplanışa start vermişik. Burada təlim-məşq toplanışı üçün hər cür şərait yaradılıb. Çalışırıq ki, məşqçinin verdiyi tapşırıqları maksimum dərəcədə yerinə yetirək. Ümid edirəm ki, çəkdiyimiz əziyyətin bəhrəsini çempionatda görəcəyik. İlk yoxlama görüşümüzü burada keçirdik. Düzdür, uduzduq, amma yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Bu matçlarda məşqçilərin verdiyi tapşırıqları yerinə yetirərək, səhvləri aradan qaldırmağa çalışırıq. Tezliklə mövsümə start veriləcək. Toplanışda çəkdiyimiz əziyyətin bəhrəsini çempionatda görəcəyik. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə növbəti mövsümdə hədəflərimizə çatacağıq”.
Oxşar xəbərlər
“Sabah” Kipr klubu ilə üz-üzə gələcək
"Sabah" Bolqarıstanda məşqə çıxdı - VİDEO
"Səhvləri aradan qaldırmağa çalışacağıq" - Zaur Həşimov
"Avrokuboklara vəsiqə üçün mübarizə aparacağıq" - Amin Seydiyev
"Kənardan baxıb, pis hisslər keçirirdim" - Ruslan Abışov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası