"Qarabağ" qalib gəldi -Çempionlar Liqası
Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə ilk oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab oyunu iyulun 27-si İsveçrədə olacaq.
Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün zəifi ilə görüşəcək.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
İlk oyun
20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 3:2
Qollar: Kadi, 17 (1:0), İbrahima Vadji, 36 (2:0), Lindrit Kamberi, 65 (2:1), İbrahima Vadji, 66 (3:1), Mirlind Kryeziu, 85-pen. (3:2)
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)
Tofiq Bəhramov adına Respublika Stadionu.
Oxşar xəbərlər
"Qarabağ"ın isveçrəlilərə vurduğu qollar - VİDEO
"Qarabağ" "Sürix"lə üz-üzə - Yenilənir
"Qarabağ" - "Sürix" matçının hakimləri açıqlandı - Çempionlar Liqası
"Qarabağ" "Lex"ə futbol dərsi keçdi - 5:1- Çempionlar Liqası
"Qarabağ" - "Lex" - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası