"Kəpəz" yenə uduzdu -Hazırlıq matçı
Yeni mövsümə hazırlığı davam etdirən “Sumqayıt” FK bu gün növbəti yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Kəpəz”lə üz-üzə gəlib.
Meydan sahibləri rəqibini 3:2 hesabı ilə üstələyib. Oyunda “Sumqayıt”ın qollarını Vüsal İsgəndərli, Elşən Abdullayev və Araz Abdullayev vurub.
Bununla da, “Sumqayıt” FK yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub. Komanda 1 günlük istirahətin ardından iyulun 16-da təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək. 30 iyuladək davam edəcək toplanış müddətində Aleksey Baqanın yetirmələri 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix dəqiqləşməyib.
Oxşar xəbərlər
"Sumqayıt" Türkiyəyə getdi - Təlim-məşq toplanışı
"Kəpəz" "Sumqayıt"la oynayacaq - Yoxlama görüşü
"Sabah" "Sumqayıt"a məğlub oldu - Yoxlama oyunu
"Sumqayıt" 3 yoxlama oyunu keçirəcək - Türkiyədə
"Sumqayıt" - "Qarabağ" oyununda 7 qol vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası