reklam
İlin ən yaxşı oyunçusu adına namizədlər -
Sportfm.az xəbər saytı

İlin ən yaxşı oyunçusu adına namizədlər -SİYAHI


Afrika Futbol Konfederasiyası (CAF) 2021/22 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin  siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, siyahıda Sadio Mane ("Bavariya" və Seneqal), Məhəmməd Salah ("Liverpul" və Misir), Riyad Mahrez ("Mançester Siti" və Əlcəzair), Karl Toko-Ekambi ("Lion" və Kamerun), Vensan Abubakar ("Əl Nəsr" və Kamerun), Sebastyan Aller ("Ayaks" və Fil Dişi Sahili), Nabi Keyta ("Liverpul" və Qvineya), Aşraf Hakimi (PSJ və Mərakeş), Eduard Mendi ("Çelsi" və Seneqal) və Kalidu Kulibali ("Napoli" və Seneqal) yer alıb.

İlin komandası adı uğrunda Burkina Faso, Misir, Kamerun, Mərakeş və Seneqal milliləri mübarizə aparacaq.

Qaliblər konfederasiyanın texniki komitəsinin, jurnalistlərin, milli komandaların baş məşqçilərinin və kapitanlarının səsverməsi ilə müəyyənləşəcək.

Qeyd edək ki, qaliblər iyulun 21-i açıqlanacaq.

Oxşar xəbərlər

Afrika qitəsinin 16 ən güclü yığması məlumdur
Afrikada 2022-ci ilin simvolik komandası - SİYAHI
Misir Mərakeşi keçməlidi - Afrika Millətlər Kubokunda 1/4 final cütləri
İlin rəmzi komandası - Afrikalı futbolçular
İlin ən yaxşılarına namizədlər açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər