Fərid Qayıbov Beyləqan, Horadiz və Ağdama səfər etdi -FOTO
Gənclər və idman naziri Fərid Qayıbov iyulun 9-da ölkəmizin bir sıra şəhər və rayonlarında səfərdə olub.
Sportfm.az xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov Beyləqan, Horadiz və Ağdam Olimpiya İdman Komplekslərinin vəziyyəti ilə tanış olub. Bu idman mərkəzlərində idman bölmələrinin artırılması, idmanın kütləviliyini artırmaq üçün silsilə tədbirlər, eləcə də regional yarışların daha çox keçirilməsi, təlim-məşq toplanışları üçün şəraitin standartlara uyğunlaşdırılması barədə müzakirələr aparılıb. Mövcud idman bölmələrində uşaq-gənclərin məşğələlərini izləyən nazir məşqçi-mütəxəssisləri dinləyib, onlarla fikir mübadiləsi edib.
Beyləqanda Gənclər Evinin fəaliyəti ilə də tanışlıq olub. Burada gənclərin asudə vaxtının təşkili və yaradıcılıq dənəklərinin işi ilə maraqlanan nazir daha çox gənci əhatə edəcək tədbirlərin təşkili ilə bağlı tövsiyələr verib. Səfər çərçivəsində Horadiz Gənclər Evinə də baxış olub və burada fəaliyyətin qurulmasının vacibliyi vurğulanıb.

Oxşar xəbərlər
Fərid Qayıbov Siyəzən və Xızıda vətəndaşları qəbul etdi
Nazir Bakının kənd və qəsəbələrində idman mərkəzlərinə baxış keçirdi - FOTO
Fərid Qayıbov bölgələrə səfər etdi
Nazir Naxçıvana səfər etdi - Gənclərlə görüşdü
Nazir Oxatma Federasiyasını ziyarət etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası