Afrika Millətlər Kuboku təxirə salındı -İqlim dəyişikliyinə görə
Kot d İvuarda 2023-cü ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Afrika Millətlər Kuboku iqlim səbəblərinə görə 2024-cü ilin fevralına təyin edilib.
Sportfm.az xəbər verir ki, bunu Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe deyib.
“Biz daşqınlar zamanı oyun keçirərək riskə getmək istəmirik. Bu, hörmət məsələsidir, çoxlu fikirlər söyləmişik və bəziləri bizə deyirlər ki, iqlim dəyişikliyi var, bəlkə yağış problem olmayacaq. Amma sonda konsensusa gəldik ki, risk edə bilmərik”-deyə, o bildirib.
İyun ayında Kot d İvuarın ən böyük şəhəri Abidjanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 5 nəfər həlak olub. İyun ənənəvi olaraq ilin ən yağışlı ayıdır, şəhərə orta hesabla təxminən 300 mm su düşür.
Oxşar xəbərlər
Millətlər Kuboku Mərakeşdə keçiriləcək - QƏRAR
Afrika ölkəsinə qadağa qoyuldu
Afrika Millətlər Kubokunun vaxtı bilindi
Millətlər Kubokunun yeni tarixi bilindi
Millətlər Kuboku təxirə salındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası