reklam
Sportfm.az xəbər saytı

"Uembli"də möhtəşəm "Finalissima" -İtaliya-Argentina


Bu gün son Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında oyun keçiriləcək.

Sportfm.az xəbər verir ki, "Finalissima" adı verilən görüş İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçı Çilidən olan FIFA referisi Pyero Masa idarə edəcək.

Qarşılşamada əlavə vaxt oynanılmayacaq. Əsas vaxtda qalib müəyyənləşməsə, birbaşa penaltilər seriyasına keçiləcək.

Qeyd edək ki, bu oyun UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında 2028-ci ilədək müddəti nəzərdə tutan əməkdaşlıq memorandumu çərçivəsində baş tutacaq.

Finalissima

1 iyun

22:45. İtaliya - Argentina

Baş hakim: Pyero Masa (Çili)

London, "Uembli" stadionu

 

Oxşar xəbərlər

Tarixlərində ilk dəfə "Finalissima"nı qazandılar
Argentina İtaliyanı böyük hesabla məğlub etdi - Finalissima
İtaliya və Argentina nə vaxt üz-üzə gələcək? - Vaxtı bilindi
Bu gün qalibi müəyyənləşəcək - AVRO-2020
İkinci finalçı müəyyən olacaq - AVRO-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər