Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ukrayna - Şotlandiya matçı niderlandlı hakimlərə tapşırıldı -DÇ-2022
DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında keçiriləcək Şotlandiya - Ukrayna matçına hakim təyinatları açıqlanıb.
Sportfdm.az xəbər verir ki, görüşü Denni Makkellinin başçılıq etdiyi niderlandlı hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri qismində Hessel Steqstra və Yan de Vrays kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Serdar Gözübüyük yerinə yetirəcək.
Qeyd edək ki, Qlazqodakı "Hampden Park" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cütün qalibi iyunun 5-i pley-off-un final mərhələsində Uelslə üz-üzə gələcək.
Oxşar xəbərlər
Millimizin oyunu gürcüstanlı hakimlərə tapşırıldı
Azərbaycan – İordaniya matçı türkiyəli hakimlərə tapşırıldı - Yoxlama matçı
"Qarabağ"ın matçı Vitalijsə tapşırıldı
Ukrayna millisi meydana çıxır - DÇ-2022
Açılış matçının hakimləri bəlli oldu - AVRO-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası