Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qazaxıstan yığmasında növbəti itki -Millətlər Liqası
Futbol üzrə Qazaxıstan yığması UEFA Millətlər Liqasının C Divizionunun ilk turunda Azərbaycan millisinə qarşı keçirəcəyi ev oyununun hazırlığına başlayıb.
Sportfm.az xəbər verir ki, “Astana Arena”da baş tutan ilk məşqdə yığmanın qapıçısı Stas Pokatilov iştirak etməyib.
Bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. “Aktobe”nin 30 yaşlı qolkiperi ailə məsələsinə görə heyətdən çıxarılıb.
Rusiya “Zenit”ində çıxış edən Nuralı Alip isə komandaya mayın 29-da qoşulacaq.
İyunun 3-də paytaxt Nur-Sultandakı “Astana Arena”da baş tutacaq Qazaxıstan – Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Oxşar xəbərlər
Qazaxıstan millisinin heyəti açıqlandı - Azərbaycanla oyun üçün
Qazaxıstan millisinin müdafiəçisi Azərbaycana qarşı oynamayacaq - Millətlər Liqası
Qazaxıstan – Azərbaycan oyunu yeri məlum oldu - Astana Arena
Qazaxıstan – Azərbaycan matçının stadionu açıqlandı - Millətlər Liqası
Azərbaycan yığmasının oyunu 2 minə!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası