reklam
Dünya futbolu çox şey itirəcək...
Sportfm.az xəbər saytı

Dünya futbolu çox şey itirəcək...O, gedir


İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunacaq.

Sportfm.az xəbər verir ki, isveçli hücumçu 7-8 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bir müddət öncə Milan şəhərinin eyniadlı təmsilçisinin 41 yaşlı forvardla yeni müqavilə imzalayacağı barədə məlumat yayılıb. Lakin hazırkı vəziyyətə görə təcrübəli oyunçunun karyerasını bitirə biləcəyi də istisna olunmur.

İddiaya görə, İbrahimoviç futbolla vidalaşsa, mərhum agent Mino Rayolanın şirkətində işə başlaya bilər.

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 8 qol vurub və 3 məhsuldar ötürmə edib. O, "rossonerilər"lə İtaliya çempionluğunu qazanıb.

Oxşar xəbərlər

İbrahimoviçdən yeni rekord
"Milan" İbrahimoviçlə müqaviləni uzatdı
"İbra" yarımadaya geri döndü - FOTO
İbrahimoviç məşqlərə başladı - FOTO
Zlatan İtaliyaya qayıdır - dəqiqləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər