Tellur Mütəllimov “Sumqayıt”ı tərk etdi -Ayrılıq
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimov “Sumqayıt”dan ayrılıb.
Sportfm.az xəbər verir ki, 27 yaşlı futbolçu bunu sosial şəbəkə hesabında paylaşdığı yazı ilə açıqlayıb:
“Çətin olsa da, deməliyəm ki, 2 ildir uğurları üçün çalışdığım “Sumqayıt” klubundan ayrılıram. Burda yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah, yollarımız yenidən kəsişər”.
Tellur Mütəllimov 2020-ci ilin yayından “Sumqayıt”da çıxış edirdi. Sol cinah müdafiəçisi cari mövsümdə “kimyaçılar”ın heyətində meydana çıxdığı 27 oyunda 1 qol vurub.
Sonda onu da xatırladaq ki, Mütəllimov karyerasını “Sabah”da davam etdirəcək. Onun yeni klubu ilə yaxın günlərdə rəsmi müqavilə bağlaması gözlənilir.
Oxşar xəbərlər
"Sabah"ın futbolçuları üçün yubiley oyunları
Millinin oyunçusu "Sabah""da - Transfer
"Sumqayıt"da yeni müqavilə
Millimizin oyunçusu əməliyyat olundu - Türkiyədə
"Sumqayıt"dan yeni transfer - 1+1 illik müqavilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası