reklam
Fərid Qayıbov xanım müavininin rəqs videosundan DANIŞDI -
Sportfm.az xəbər saytı

Fərid Qayıbov xanım müavininin rəqs videosundan DANIŞDI -VİDEO


Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

O, “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib:

“O videonun yayılması düşünülmüş şəkildə edilmişdi. Bu, bir balaca adama toxunur. Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər onu yaymışdı. Təbii ki, həmin adamın kimliyini bilirik. Şəxsi videonu paylaşmazdan əvvəl onu soruşmaq lazımdır.

Mən nazir müavini ilə artıq 2008-ci ildən bəri bir yerdə işləyirəm. Bir yerdə bu yolu gəlmişik. Ondan çox razıyam, böyük işləri bərabər görmüşük. İşlərimdə hər zaman mənə dəstək olub”.

Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun bədii gimnastika millisinin baş məşqçisi işlədiyi vaxt etdiyi rəqsin videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. (oxu)

Oxşar xəbərlər

Nazir medal qazanmış idmançılarla görüşdü
Nazir idman komplekslərinin rəhbərləri ilə görüşdü
Nazir gənclərlə rəqs etdi - VİDEO
Nazir Oxatma Federasiyasını ziyarət etdi - FOTO
3 il əvvəl "Audi" ilə "Bravo"ya girən nazir müavinimiz - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər