reklam
Bu yolda hərəkət məhdudlaşdırılacaq -
Sportfm.az xəbər saytı

Bu yolda hərəkət məhdudlaşdırılacaq -Formula 1


“Builki “Formula 1” yarışlarına hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) Abşeron Mariott otelinə (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət məhdudlaşdırılacaq”. 

Sportfm.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb. 

Bildirilir ki, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edir. 

Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir. 

 

Oxşar xəbərlər

Bakıda bu yollar bağlanacaq - Formula 1
Bakının mərkəzi küçələrindən biri bağlanır - Formula 1
Tıxaclara hazır olun - Bakıda yollar daralacaq
Bakıda yollar bağlanacaq - "Formula 1"
Bakıda yollar bağlanacaq - səbəb isə idman yarışıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər