Azərbaycan millisinin futbolçusuna FİFA-dan sərt cəza -4 oyun
FIFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimova 4 oyunluq cəza verib.
Sportfm.az xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin evdə Lüksemburq yığmasına ilə keçirilmiş 2022-ci il dünya çempionatının seçmə mərhələsinin qrup oyununda qonaq komandanın oyunçusu Olivye Tillə qarşı kobudluğu səbəb olub.
Görüşün 21-ci dəqiqəsində topu itirdikdən sonra 26 yaşlı yarımmüdafiəçiyə kunq-fu hərəkəti ilə zərbə endirən Mütəllimov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
FIFA "Sumqayıt"ın futbolçusunu diskvalifikasiya etməklə yanaşı, Azərbaycan millisini 5 000 İsveçrə frankı məbləğində cərimələyib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər
FİFA AFFA-nı cərimələdi - 10 min manat
Serbiya Futbol İttifaqı Azərbaycan görə cərimələndi - 35 000 min
Şeydayevə ağır cəza - 4 oyunluq
AFFA klubları cərmələdi - 1600 manat
FİFA Serbiyanı böyük məbləğdə cərimələdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası