reklam
Azərbaycanın FIFA referisi
Sportfm.az xəbər saytı

Azərbaycanın FIFA referisi "Panatinaikos"un oyununda -Super Liqa


Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununu idarə edib.

Sportfm.az xəbər verir ki, 35 yaşlı baş hakim "Panatinaikos" və "Aris" komandaları arasında çempionluq qrupunun VI tur oyununda iş başında olub.

Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərib. "Panatinaikos"un 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Ağayev 45-ci dəqiqədə "Aris"in oyunçusu Abubakar Kamaraya ikinci sarı vərəqəni göstərərək meydandan qovub. O, futbolçuları 6 sarı vərəqə ilə də cəzalandırıb.

Qələbə sayəsində xallarının sayını 54-ə çatdıran Afina təmsilçisi 3-cü pilləyə yüksəlib. 53 xala malik "Aris" isə 4-cü sıraya enib.

Oxşar xəbərlər

Əliyar Ağayev Super Liqa oyununu idarə etdi
7 sarı, 1 qırmızı və penalti - Ağayevin Superliqa dosyesi
Əliyar Ağayev tarixə düşdü - İlk
Əliyar Ağayev Super Liqa oyununda - Təyinat
Əliyar Ağayev Super Liqa oyununu idarə etdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər