reklam
“Fənərbaxça” “Göztəpə” üzərində  qələbə qazandı -
Sportfm.az xəbər saytı

“Fənərbaxça” “Göztəpə” üzərində qələbə qazandı -Siper Liqa


Futbol üzrə Türkiyə Super Liqasında 33-cü tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Lider “Trabzonspor” ilk oyun günündə meydana çıxıb. Qaradəniz təmsilçisi doğma meydanda “Fatih Karagümrük”ü qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Günün digər matçında “Kayserispor”la “Rizəspor”un dueli də oxşar nəticə ilə başa çatıb.

“Fənərbaxça” bu turda “Göztəpə”ylə qarşılaşıb və inamlı qələbəyə sevinib.

“Beşiktaş” bu turda “Girəsunspor”la qarşılaşacaq. Cari mövsümdə uğrusuz çıxış edən “Qalatasaray” turun son matçında autsayder “Yeni Malatyaspor”la üz-üzə gələcək.

Türkiyə Super Liqası, 33-cü tur

15 aprel

Trabzonspor – Fatih Karagümrük 1:1
Qol
: V.Huqo, 58 – Bilya, 45+4.

Kayserispor – Rizəspor 1:1
Qol
: E.Başsan, 77 – Pohjanpalo, 67.

16 aprel

Hatayspor – Sivasspor 1:1
Qol
: Benziya, 61 – Z.Erdal, 28-pen.

Alanyaspor – Antalyaspor 1:3
Qol
: Dyedyu, 78 – Rayt, 17. G.Bayrakdar, 40; 58.

Altay – Başakşəhər 1:1
Qol
: C.Gülselam, 89 – Trezeqe, 40.

Fənərbaxça – Göztəpə 2:0
Qol
: S.Aziz, 4. A.Gülər, 83-pen.

17 aprel

14:30 Konyaspor – Qaziantep
17:00 Kasımpaşa – Adana Demirspor
21:30 Girəsunspor – Beşiktaş

18 aprel

21:30 Qalatasaray – Yeni Malatyaspor

Oxşar xəbərlər

“Fənərbaxça”dan darmadağın - Türkiyə Super Liqası
"Fənər"dən səfərdə 6 qol - Super Liqa
“Rizəspor” “Fənərbaxça”ya qarşı - Türkiyə Super liqası
“Trabzonspor” “Fatih Karagümrük”ü qəbul edəcək - Türkiyə Super liqası
“Başakşəhər” 5 turdan sonra xal itirdi - Super Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər