Avropa çempionuna kapitan rütbəsi verildi -FOTO
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Mərkəzi Ordu İdman Klubunun təmsilçisi, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovla görüşüb.
Sportfm.az xəbər verir ki, general-polkovnik K.Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından idmançımızı qələbə münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Baş Qərargah rəisi dünyanın aparıcı idman ölkələri sırasında respublikamızın xüsusi yerinin olmasını qeyd edərək bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də yüksək nailiyyətlərin əldə edilməsinin və qazanılan uğurların məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısının göstəricisi olduğunu xüsusi vurğulayıb.
Görüşün sonunda general-polkovnik K.Vəliyev baş leytenant Rafiq Hüseynova vaxtından əvvəl növbəti hərbi rütbənin verilməsi barədə Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrini çatdıraraq güləşçimizi təbrik edib, ona "kapitan" poqonlarını və qiymətli hədiyyə təqdim edib.

Oxşar xəbərlər
Ppeşəkar kikboksçumuza vəzifə verildi - Təyinat
Elçin Quliyev idmançıları təltif etdi - FOTO
Hacı Əliyevə kapitan rütbəsi verildi
DSX rəisi də Zəhra Salmanlını mükafatlandırdı - FOTO
Çingiz Hüseynzadə ordenlə təltif olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
Elvin Cəfərquliyev fərdi məşqlərə başladı - FOTO















Misli Premyer Liqası