reklam
“Qəbələ”də zədəlilərlə bağlı son durum -
Sportfm.az xəbər saytı

“Qəbələ”də zədəlilərlə bağlı son durum -Karakoç komanda ilə məşqlərə başlayır


“Qəbələ”nin üç futbolçusu Premyer Liqanın 22-ci turu çərçivəsində baş tutacaq “Səbail”lə oyunun hazırlığında iştirak etməyəcək.

Sportfm.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Zədəli futbolçu Fernan Lopes müalicə prosesini davam etdirir. İspaniyalı yarımmüdafiəçinin komanda ilə məşqlərə nə vaxt qatılacağı qarşıdakı günlərdə dəqiqləşəcək.

Yaovi Akakpo və Gülağa Əsədov isə proqram üzrə bərpa prosesini davam etdirir.

Zədədən sonra tam bərpa olunan Samet Karakoç isə sabahdan komanda ilə məşqlərə qoşulacaq.

“Qəbələ” “Səbail”lə aprelin 10-da səfərdə qarşılaşacaq.

Oxşar xəbərlər

Bölgə komandasının 3 futbolçusu oyunda olmayacaq
“Qəbələ”nin zədəlilərinin son durumu
6 aylıq sıradan çıxdı - Rüfət Əhmədov
Omar "Qəbələ"yə kömək edə biləcəkmi?
"Qəbələ" 5 nəfərsiz qaldı - İtki

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər