reklam
“Barselona” “Sevilya”ya qarşı -
Sportfm.az xəbər saytı

“Barselona” “Sevilya”ya qarşı -La Liqa


Bu gün İspaniya La Liqasında 30-cu tura start veriləcək.

Sportfm.az xəbər verir ki, 3 günü əhatə edəcək turun açılış matçında son 6 görüşdə qələbəyə həsrət qalan iki komanda – “Xetafe” və “Malyorka” üz-üzə gələcək.

Madrid klubları da ilk oyun günündə meydana çıxacaqlar. “Selta”nın qonağı olacaq “Real” “el klasiko”dakı məğlubiyyəti unutdurmağa çalışacaq.

La Liqada 5 oyunluq qələbə seriyası yaxalayan “Atletiko” isə ilk dövrədə səfərdə minimal hesabla məğlub olduğu “Alaves”i sınağa çəkəcək.

Turun mərkəzi matçı “Kamp Nou”da oynanılacaq. 2022-ci ildə La Liqada məğlubiyyət tanımayan “Barselona” burada “Sevilya”nı qəbul edəcək. Qələbə təqdirində, Xavinin komandası 2-ci pilləyə yüksələ bilər.

İspaniya La Liqası, 30-cu tur

2 aprel

16:00 Xetafe – Malyorka

18:15 Levante – Vilyarreal

20:30 Selta – Real

23:00 Atletiko – Alaves

3 aprel

16:00 Atletik – Elçe

18:15 Betis – Osasuna

20:30 Valensiya – Kadis

20:30 Qranada – Rayo Valyekano

23:00 Barselona – Sevilya

4 aprel

23:00 Real Sosyedad – Espanyol

Oxşar xəbərlər

“Levante”dən inamlı qələbə - Primera
“Barselona” “Espanyol”a qarşı - AFİŞA
“Selta” “Espanyol”la üz-üzə gələcək - La Liqa
“Atletiko” “Sevilya” səfərində - AFİŞA
"Sevilya"dan gözlənilməz xal itkisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər