“Qəbələ” – “Zirə” matçının yeri və vaxtı dəyişdirildi -Yoxlama oyunu
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə Bakıda hazırlıq keçən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayacaq.
Sportfm.az xəbər verir ki, məşqlərini Bakı Olimpiya Stadionunda gerçəkləşdirən “qırmızı-qaralar” “Zirə” ilə görüşəcək.
Oyun sabah – martın 27-də baş tutacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qəbələ” – “Zirə” oyunu saat 16:00-da başlayacaq.
Xatırladaq ki, daha öncə bu matçın martın 27-də Zirə İdman Kompleksində keçiriləcəyi və saat 17:00-da başlayacağı açıqlanmışdı.
“Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 3-də “Keşlə”yə qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq. “Zirə” isə həmin gün “Neftçi”nin qonağı olacaq. “Zirə” hazırda Premyer Liqada 35 xalla 3-cü, “Qəbələ” isə 33 xalla 4-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Zirə" "Qəbələ"yə qarşı - Yoxlama görüşü
"Zirə" ilə "Qəbələ" üz-üzə gələcək - Yoxlama görüşü
“Qəbələ” “Qəbələ”yə qarşı oynayacaq - Yoxlama oyunu
"Qəbələ" "Zirə"ni məğlub etdi - Yoxlama oyunu
"Qəbələ" milliyə qarşı - Yoxlama oyunu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası