reklam
UEFA-nın AÇ-2028 planı
Sportfm.az xəbər saytı

UEFA-nın AÇ-2028 planı


Futbol üzrə AÇ-2028-də iştirakçıların sayının 24-dən 32-yə yüksələcəyi, turnirin özünün isə ən azı 12 stadionda keçiriləcəyi gözlənilir.

Sportfm.az xəbər verir ki, UEFA Böyük Britaniya və İrlandiyada keçirilməsi gözlənilən AÇ-2028-də komandaların sayını 24-dən 32-yə qaldırmağı planlaşdırır.

Xəbərdə bildirilir ki, qitənin ali futbol qurumu 55 üzv ölkədən 32-sini final mərhələsində görmək istəyir və bununla əlaqədar yerli federasiyalarla ilkin müzakirələr aparılıb.

İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının sədri Maeta Molanqa bu ideyaya qarşı çıxıb. Molanqa hesab edir ki, komanda sayının artması oyunların keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq:

“Biz ondan narahatıq ki, futbolçular hər şeyi ən sonda öyrənir. Son Avropa çempionatında çıxış edən futbolçuların çoxu İngiltərədə oynayır. Düşünürük ki, onlar mümkün müzakirələrdə fəal rol oynayacaqlar”.

UEFA məsələ ilə bağlı hələ ki, açıqlama verməyib.

Oxşar xəbərlər

İngiltərə və İrlandiya AÇ-2028-ə ev sahibliyi edəcək
Türkiyə AÇ-2028-i keçirməyə iddialıdır
Avro-2028 iki ölkədə olacaq - İddia
Avropa çempionatında iştirakçı sayı artırılır - UEFA
2021/2022 mövsümündən UEFA-dan yeni turnir olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər