reklam
Belarus – Azərbaycan oyunu neytral ölkədə keçiriləcək -
Sportfm.az xəbər saytı

Belarus – Azərbaycan oyunu neytral ölkədə keçiriləcək -Millətlər Liqası


Belarusun futbol üzrə milli komandaları və klubları UEFA bayrağı altındakı bütün oyunlarını neytral meydanda və azarkeşsiz keçirməli olacaqlar.

Sportfm.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar verib.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qərar dərhal qüvvəyə minib. 

Qeyd edək ki, Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən biri də Belarus komandasıdır. Bu isə o deməkdir ki, Belarus və Azərbaycan yığmaları arasındakı oyunun da yeri dəyişdiriləcək.

İyunun 6-da keçiriləcək Belarus – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Hazırda bu görüşün hansı ölkədə təşkil olunacağı bilinmir. Belarus yığması iyunun 10-da Qazaxıstan/Moldova cütünün qalibini, sentyabrın 25-də isə Slovakiyanı qəbul edəcək.

Oxşar xəbərlər

Belarus millisi ev oyunlarını Budapeştdə keçirəcək - AVRO-2024
Belarus – Azərbaycan oyununun yeri müəyyənləşdi
Belarus – Azərbaycan oyunu Serbiyada keçiriləcək - Millətlər Liqası
Belarus - Azərbaycan matçının yeri açıqlandı - Millətlər Liqası
Belarus - Azərbaycan oyunu neytral ölkədə keçiriləcək - Millətlər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər