reklam
Riberi qəzaya düşdü, başından zədə aldı -
Sportfm.az xəbər saytı

Riberi qəzaya düşdü, başından zədə aldı -OLAY


İtaliyanın "Salernitana" komandasının futbolçusu Frank Riberi yol-nəqliyyat qəzasına düşüb. 

Sportfm.az xəbər verir ki, hadisə vaxtı fransalı yarımmüdafiəçi avtomobilin sərnişini olub. Maşının işıqforla toqquşması nəticəsində 38 yaşlı oyunçu başından yüngül zədə alıb. Onun bərpasına bir həftəyədək vaxt lazım olacaq. 

"Corriere dello Sport" xəbər verir ki, insident fevralın 27-nə keçən gecə yerli vaxtla saat 3-də baş verib. Aldığı xəsarət üzündən Riberi A Seriyasında XXVI turun "İnter"lə martın 4-də Milanda keçiriləcək görüşündə iştirak etməyəcək.

Təcrübəli futbolçu cari mövsüm 16 oyunda 2 məhsuldar ötürmə müəllifi olub. Hazırda "Salernitana" 25 matçdan 15 xalla 20-ci yerdə gedir. 

Oxşar xəbərlər

Riberi karyerasını bitirdi - 39 yaşında
Riberi 3 oyunluq diskvalifikasiya olundu
Əvəz olundu, baş məşqçinin əlini sıxmadı - FOTO
Riberi azarkeşləri söydü - VİDEO
Frank Riberi Türkiyədə çıxış edə bilər!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər