reklam
Azərbaycan millisi Polşaya 13 cüdoçu ilə yollanır -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Polşaya 13 cüdoçu ilə yollanır -Beynəlxalq turnir


Fevralın 26-da Polşanın paytaxtı Varşavada start götürəcək cüdo üzrə Açıq Avropa turniri üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, 2 gün davam edəcək yarışda 13 idmançı qüvvəsini sınayacaq.

Böyük məşqçi Elçin İsmayılov və məşqçi Zaur Babayevin rəhbərlik etdiyi kişilərdən ibarət yığmada Əhməd Yusifov, Rövşən Əliyev Nazir Talıbov (hamısı 60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Əliyev (hamısı 66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Vüqar Talıbov, Coşqun Abdullayev (hər ikisi 90 kq), İmran Yusifov və Camal Feyziyev (hər ikisi +100 kq) yer alıb.

Qeyd edək ki, Açıq Avropa turnirində 34 ölkədən 493 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaq.

Oxşar xəbərlər

Kişi cüdoçular arasında ilk dəfə - ACF turu
“Böyük Dəbilqə” üçün 37 cüdoçu - SİYAHI
Komandamız 13 cüdoçu ilə təmsil olunacaq
Millimizin heyəti açıqlandı - Böyük Dəbilqə
Yığmamız Avropa Kubokuna 17 cüdoçu ilə yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər