reklam
AFFA və UEFA müzakirə apardı -
Sportfm.az xəbər saytı

AFFA və UEFA müzakirə apardı -“Marsel” – “Qarabağ” oyununun təhlükəsizliyi ilə bağlı


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Marsel” – “Qarabağ” oyununun təhlükəsizliyi ilə bağlı UEFA nümayəndələri ilə görüş keçirib.

Sportfm.az xəbər verir ki, bu barədə apasport.az saytına assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Qurum rəsmisi bildirib ki, onlayn iclas zamanı təhlükəsizlik və mümkün təxribatların qarşısının alınması məsələsi müzakirə olunub: “Adıçəkilən oyunla bağlı onlayn qaydada videokonfrans formatında görüş keçirilib. Görüşdə AFFA, UEFA, “Qarabağ”, “Marsel” və Fransanın güc strukturlarının nümayəndələri iştirak edib. Müvafiq müzakirələr aparılıb”.

Qeyd edək ki, fevralın 17-də “Velodrom”da keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Oxşar xəbərlər

Nazir Fransaya getdi - “Qarabağ”ın oyununu izləyəcək
UEFA “Qarabağ”ın oyunu ilə bağlı sorğu keçirir - Konfrans Liqası
“Marsel” – “Qarabağ” matçının hakimləri - Konfrans Liqası
AFFA “Qarabağ” üçün UEFA-ya müraciət edəcək
Klublar Komitəsinin iclası keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər