Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sahil Babayev Boks Federasiyasının prezidenti oldu -Təyinat
Fevralın 9-da Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə federasiyanın baş katibi Nağı Səfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib.
Ardınca ABF-in rəhbərliyinə seçkilər keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib. O, bu postda Kəmaləddin Heydərovu əvəzləyib.
Konfransda həmçinin, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.
Oxşar xəbərlər
Nazir Boks Federasiyasının prezidenti oldu - Təyinat
Kəmaləddin Heydərov yenidən federasiya prezidenti oldu - Təyinat
Şahin Mustafayev federasiya prezidenti oldu - Yenidən
Nazir federasiya prezidenti oldu - Azərbaycanda
Qurbanov federasiya prezidenti oldu - Təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası