Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" rekordun bir addımlığında
Sportfm.az xəbər verir ki, Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVIII tura start verilib.
Günün ilk qarşılaşmasında "Qəbələ” "Zirə”nin qonağı olub. Ötən mövsümün çempionu olan "qırmızı-qaralar” səfər oyununa 8 matçlıq qələbə seriyasını davam etdirmək iddiası ilə çıxıb. Bunun nəticəsidir ki, yarışın lideri olan Hüseynqulu Quliyevin yetirmələri qarşılaşmanın taleyini matçın əvvəlində həll edib. Belə ki, Ülvi İsgəndərov 12-ci dəqiqədə hesabı açıb. Bu top onun mövsümdə 7-ci qolu olub. Cəmi 2 dəqiqə sonra "Qəbələ” fərqi artırıb. Ardıcıl 3-cü dəfə meydanı qolsuz tərk etməyən Rövlan Muradov fərqlənib – 2:0. Bununla da futbolçumuz mövsümdə 5-ci qolunu vurub. Meydan sahibləri matçın sonunadək məğlubiyyətdən qaçmağa çalışsa da, yalnız 1 qol vurmağı bacarıblar. 67-ci dəqiqədə Vüsal İsgəndərli penalti ilə fərqi minimuma endirib.
Beləliklə, "Qəbələ” ardıcıl 9-cu qələbəsini qazanıb. "Qırmızı-qaralar” ötən mövsüm imza atdıqları 10 qələbədən ibarət öz rekord seriyasının bir addımlığındadır.
"Zirə” 1-2 "Qəbələ”
(Vüsal İsgəndərli, 67 (p.) // Ülvi İsgəndərov, 12; Rövlan Muradov, 14)
"Kəpəz” 3-2 "Qarabağ”
(Şəfi Bağırov, 7; Eltac Muradov, 20; Fərid Məmmədov, 74 // Vüqar Nadirov, 29; Elgün Nəbiyev, 71)
Oxşar xəbərlər
Vüqar Nadirov "Qarabağ"a qələbə qazandırdı
“Neftçi” “Qəbələ”yə uduzdu
"Qəbələ" "Traktorsazi"ni yendi
"Kəpəz" darmadağın oldu, "Qarabağ" xal itirdi
"Qəbələ" "Qarabağ"ı məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası