Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyə AVRO-2024 üçün namizəd oldu
Türkiyə AVRO-2024-ə ev sahibliyi etmək üçün namizədliyini açıqlayıb.
Sportfm.az xəbər verir ki, bunu "NTVSpor”un canlı efirində Rıdvan Dilmen açıqlayıb.
2016-cı ilin qitə birinciliyinə də ev sahibliyi etmək üçün namizəd olmuş qardaş ölkə o zaman mübarizəni bir səslə uduzmuşdu. AÇ-2020-dən isə yarışın bütün Avropaya yayılması səbəbindən imtina edilmişdi.
Mötəbər tuniri təşkil etmək istəyən ölkələr rəsmən açıqlanmasa da, Almaniya və Hollandiyanın təklikdə, Rusiya və Estoniyanın isə birlikdə namizəd olacağı gözlənilir.
Qeyd edək ki, UEFA-nın budəfəki tələbləri olduqca sərtdir. Belə ki, qitənin ali futbol qurumu çempionatı keçirmək istəyən ölkələrdən 9 və ya 10 stadion tələb edir. Bu arenalardan ikisi minimum 50 min, üçü ən az 40 min, dördü isə ən az 30 min azarkeş tutumlu olmalıdı.
Oxşar xəbərlər
Avstraliya dünya çempionatından imtina etdi
Türkiyə AÇ-2028-i keçirməyə iddialıdır
Türkiyə Avro-2024-ə namizəd oldu
Türkiyə Avropa çempionatına rəsmən namizəd oldu
4 ölkə Avropa çempionatından imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası