"Şamaxı" Premyer Liqamızda olacaq -Təsdiqləndi
"İnter" və "Keşlə"nin varisi olan "Şamaxı" klubu Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
Sportfm.az xəbər verir ki, bunu AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.
O bildirib ki, "Şamaxı"ya Avropa kuboklarında iştirak üçün lisenziya alınması istiqamətində işlər davam etdirilir: "UEFA-dan bizə göndərilən sorğu anketində lazım olan sənədlərin toplanılması istənilib. Buraya klubun yeni loqosu da daxildir. Həmçinin klubda maliyyə auditi keçirilməldiir. Anket doldurulduqdan və bütün tələblər yerinə yetirildikdən sonra UEFA-ya müraciət ediləcək".
Məmmədovun sözlərinə görə, avrokuboklarda iştirak etmək üçün yeni yaradılmış klub 3 il eyni adda oynamalıdır: "Burada isə bir təşkilati formadan digərinə keçid prosesi gedib. UEFA əmin olmaq istəyir ki, klubun futbolçulara borcu yoxdur və adını dəyişəndə hər hansı üstünlük qazanmasın. Avropa futbol qurumundan cavab martın sonlarınadək gəlməlidir. Hazırda UEFA administrasiyası ilə danışırıq. İndiki məqamda adın dəyişdirilməsi çətin görünmür. İcazəni onlar yox, UEFA-nın Lisenziyalaşdırma Komissiyası verir. Sənədləri tam düzgün təqdim etsək, problem olmayacaq".(report.az)
Oxşar xəbərlər
“Keşlə”nin adı "Şamaxı" oldu - RƏSMİ
"Şamaxı"nın loqosu müəyyənləşdi
"Sabah" klubu bizə müraciət etməyib" - AÇIQLAMA
Bölgə klubları AFFA-ya müraciət etdi - Premyer Liqaya görə
Gəncə və Tovuz yenə futbolsuz qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı














Misli Premyer Liqası