Azərbaycanda oynamış futbolçu tarixə düşdü -Ən yaxşılar sırasında
İngiltərə Premyer Liqası tarixinin 10 ən yaxşı afrikalı futbolçusu bəlli olub.
Sportfm.az xəbər verir ki, siyahıda "Səbail" klubunun sabiq yarımmüdafiəçisi Maykl Esyen də yer alıb.
Qanalı veteran oyunçu 4-cü sırada göstərilib.
Onun "Çelsi"dəki keçmiş komanda yoldaşı kot d ivuarlı Didye Droqba birinci, "Mançester Siti", "Tottenhem" və "Arsenal"ın toqolu sabiq hücumçusu Emanuel Adebayor ikinci, hazırda "topçular"da çıxış edən qabonlu Pyer-Emerik Obameyanq üçüncü olub.
Növbəti pillələrdə nigeriyalı Nvankvo Kanu, əlcəzairli Riyad Mahrez, seneqallı Sadio Mane, nigeriyalı Cey Cey Okoça, misirli Məhəmməd Salah və kot d ivuarlı Yaya Ture yer alıb.
Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək müqavilə üzrə "Səbail"ə məxsus olub. O, paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib.
Oxşar xəbərlər
Futbol tarixinin ən yaxşı afrikalıları - SİYAHI
Son 10 ilin ən yaxşı futbolçusu məlum oldu - Afrikada
Salah Premyer Liqanın tarixinə düşdü 90-cı qol
Bakıda olan milyoner Essyen yenə varlandı - 32 milyon
"Səbail"in futbolçusu Afrikanın rəmzi yığmasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışda
-
"Sabah" "Borussiya"ya qarşı - Çempionlar Liqası
-
“Ganja Open 2026” festivalına yekun vuruldu
-
"Şəki" "Zəngəzur"u, "Qaradağ Lökbatan" "Dinamo"nu qəbul edəcək
-
Orxan Hüseynzadə Avropa Liqasının oyununda - Təyinat
-
“Gəncə”nin oyunu təxirə salındı - Avropa kuboku















Misli Premyer Liqası