"Orda çalışan insanlar məni inandırdı ki, mən yaxşı qapıçı ola bilərəm" - Zeynəb Allahverdiyeva
Bakıda 17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.
Yanvarın 30-dək davam edəcək hazırlıq prosesinə dəvət olunmuş futbolçuların arasında ilk dəfə milli komandamızın düşərgəsinə dəvət edilən “Fidan”ın oyunçusu Zeynəb Allahverdiyeva da var.
16 yaşlı qapıçı hazırlıq prosesi ilə bağlı təəssüratlarını Sportfm.az saytı ilə bölüşüb.
“Bu dəvət mənim üçün böyük şərəf, böyük şans və böyük etimaddı. Azərbaycan millisinin formasını daşımaq ən böyük arzum olub”. – İlk dəfə dəvət olunduğunu eşidəndə hansı hissləri keçirdin?
- Mənə klubumuzun baş məşqçisi Yavər müəllim xəbər verdi. Əvvəlcə inanmadım, sonra artıq siyahını göstərəndə bildim ki, millinin düşərgəsinə çağırılmışam. Sevincimdən özümə yer tapa bilmirdim. Bu xəbəri mənə inanan hər kəsə tezliklə çatdırmaq istəyirdim.
- Kimlər idi sənə inananlar, Zeynəb?
- Ən birinci anam, sonra məni yetişdirən, bu səviyyəyə gətirən “Fənər Bakı” futbol klubunun rəhbəri Araz Əhmədov, hazırki çalışdırıcım Yavər müəllim, Hüseyn İsgəndərov, Ayxan Cəfərzadə, Şahin müəllim. Bu insanlar mənə çox dəstək olublar, inanıblar.
- Sən futbolda ilk addımlarını “Fənər Bakı” futbol klubunda atmısan?
- Bəli. Mən o klubun yetirməsiyəm. Orda mənə çox dəstək olublar. Kluba gələndə nə üçün gəldiyimi belə bilmirdim. Sadəcə evdə oturmamaq üçün məşqdə gedirdim. Ancaq orda çalışan insanlar məni inandırdı ki, mən yaxşı qapıçı ola bilərəm və üzərimdə çalışsam milliyə düşmək imkanım var.
- Qapıdan söz düşmüşkən, niyə məhz qapı? Axı çoxları əlinə əlcək keçirmək istəmir.
- Araz müəllim məşqlərə başlayanda boyumun ucalağını, topa reaksiyamı nəzərə alıb qapıda daha uğurlu ola biləcəyimi söylədi. Və beləcə mən qapıçı kimi məşqlərə başladım. Hazırda millidə Şahin müəllimlə məşq edirik, çox şeylər öyrənirəm.
- Gələcək arzuların nədir?
- Uzun illər Azərbaycan millisinin bir nömrəsi olmaq istəyirəm. Və bir arzum da var – xarici klublardan birində çıxış etmək, Azərbaycanın adını ucaltmaq.
Qeyd edək ki, Zeynəb Allahverdiyeva “Fidan”dan 17 yaşadək qadınlardan ibarət milliyə dəvət olunan yeganə futbolçudur.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |