reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" bir qərarla 666 min avro qazandı -Gəlir


Futbol üzrə Avropa Konfrans Liqası turnirinin qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə “Qarabağ” klubuna UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu uğura görə Ağdam klubuna 666 min avro ödənilib. Həmçinin “Qarabağ”a bu turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-off mərhələsinə vəsiqə qazandığı üçün 325 min avro və əlavə bonus olaraq 187 200 avro maliyyə vəsaiti ayrılıb.

Ümumilikdə, UEFA tərəfindən “Qarabağ”a ayrılmış 1 178 200 (bir milyon yüz yetmiş səkkiz min 200) avro vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Oxşar xəbərlər

“Qarabağ”a 300 min ödədilər - UEFA
UEFA-dan Azərbaycan klubuna 10 avro
UEFA “Qarabağ”a əlavə maliyyə ayırdı - 300 000 avro
UEFA-dan "Qarabağ"a 622 min avro
"Qarabağ" və "Qəbələ" üçün 376 min avro

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər