reklam
Daha 2 futzalçımızda yoluxma -
Sportfm.az xəbər saytı

Daha 2 futzalçımızda yoluxma -Karantinə alındılar


Oyunöncəsi rəsmi məşqdə iştirak etmək üçün Azərbaycan millisinin futzalçılarından COVID-19 anticism analizləri götürülüb.

Sportfm.az xəbər verir ki, komandanın iki üzvünün - Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub. Buna görə də hər iki oyunçudan PCR testi götürülüb. Bu testin nəticəsi anvarın 22-də Gürcüstanla oyunadək açıqlanacaq.

PCR testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı matçda iştirak edə biləcək. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.

Niderland Krallığının mövcud qanunlarına görə karantin müddəti 7 gündür.

Qeyd edək ki, daha əvvəl Eduardo Borges və Rafael Vilelada koronavirus aşkarlanıb.

Oxşar xəbərlər

Azərbaycan millisinin 2 futzalçısı sıraya döndü
Azərbaycan yığması mübarizəyə başlayır - Avropa çempionatı
Millimizin daha bir üzvü koronavirusdan sağaldı - Nəticəsi neqativdir
Azərbaycan millisində koronavirus aşkarlandı - 2 oyunçuda yoluxma
"Zirə"də virusa yoluxan yoxdur - Testin nəticəsi açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər