reklam
Biletlər üçün bir sutkaya bir milyondan çox müraciət -
Sportfm.az xəbər saytı

Biletlər üçün bir sutkaya bir milyondan çox müraciət -DÇ-2022


Bu il Qətərdə keçiriləcək dünya çempionatına bilet satışının başlaması böyük marağa səbəb olub.

Sportfm.az xəbər verir ki, ilk 24 saat ərzində dünya üzrə azarkeşlər tərəfindən 1,2 milyon bilet üçün müraciət gəlib.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Ən çox tələb yerli fanatlardan olub. Daha sonra Argentina, Meksika, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Hindistan, Səudiyyə Ərəbistanı, Braziliya və Fransadan olan tərəfdarlar bilet almaq istəyib.

Artıq final qarşılaşması üçün 140 mindən çox, açılış görüşü üçün isə 80 mindən çox bilet sifariş olunub.

Əlavə edək ki, bilet satışının ilkin mərhələsi fevralın 8-dək davam edəcək.

Qeyd edək ki, Qətərdəki dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək.

Oxşar xəbərlər

2,45 milyon bilet satılıb
Bakıya gəlmək istəyən fanatların sayı durmadan artır
Dünya çempionatına nə qədər bilet satılıb?
DÇ-2018: 4 milyondan çox bilet sifariş olundu
DÇ-2018: 3 milyon biletə sifariş verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər