reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" ilk yoxlama oyununda uduzdu -Türkiyədə


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Polşa "Zaqlembe"si ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Qırmızı-qaralar"ın qolunu 9-cu dəqiqədə Fernan Lopes vurub.

Bakıda hazırlıqlarını davam etdirən "Səbail" və "Keşlə" komandaları isə "Dalğa Arena"da qarşılaşıblar. "Keşlə" bu matçda 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qəbələ" yanvarın 21-də "Borets" (Şimali Makedoniya), yanvarın 24-də "Bohemians" (Çexiya) ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

“Qəbələ”nin növbəti sınağı - Yoxlama oyunu
"Qəbələ" Antalyada uduzdu, "Keşlə"dən qələbə qazandı - Yoxlama görüşləri
Yeni transfer virusa yoluxdu - "Qəbələ"də
"Qəbələ"nin rəqibləri müəyyənləşdi - Toplanış
"Qəbələ" ilə böyük hesablı qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər