reklam
Cüdoçularımız Antalyaya yollanır -
Sportfm.az xəbər saytı

Cüdoçularımız Antalyaya yollanır -Toplanış


Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandaları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Sportfm.az xəbər verir ki, hazırlıq prosesi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 9 - 14 yanvarda gerçəkləşəcək.

Antalyaya 24 kişi və 12 qadın idmançı yollanacaq. Kişilərdən ibarət yığmaya baş məşqçi Mövlud Mirəliyev, qadın millisinə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək.

Toplanışa Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələr də qatılacaq.

Xatirladaq ki, milli yanvarın 27-də Portuqaliyanın Odivelas şəhərindəki Qran-pridə və fevralın 3-də Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə çıxış edəcək.

Oxşar xəbərlər

Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında
Qadın cüdoçularımız Albaniyada toplaşdı
Azərbaycan cüdoçuları Türkiyədə toplanışında
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışına qatılacaq - VİDEO
Millimiz yarışlara Daşkənddə hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər