reklam
Superkubokun qalibi
Sportfm.az xəbər saytı

Superkubokun qalibi "Beşiktaş" oldu -UĞUR


Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, həlledici matçda Superliqanın və Türkiyə kubokunun son qalibi “Beşiktaş” “Antalyaspor”la qarşılaşıb.

Qətərin paytaxtı Dohada keçirilən matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol olmayıb. Penaltilər seriyasında daha dəqiq olan “Beşiktaş” Superkubokun qalibi olub.

“Beşiktaş” tarixində 9-cu dəfə Superkubokda qələbəyə sevinib. Bununla da “qara qartallar” 9 dəfə bu titula yiyələnmiş “Fənərbaxça” və “Trabzonspor”a çatıblar. Türkiyə Superkubokunu ən çox qazanan isə “Qalatasaray”dır – 16 dəfə.

5 yanvar

Türkiyə Superkuboku

"Beşiktaş" – "Antalyaspor" - 1:1 (penaltilər 4:2)
Qollar:
 A.Hatçinson, 33 – A.Hatçinson, 74-öz qapısına.

Oxşar xəbərlər

“Beşiktaş” uğurlu seriyanı davam etdirdi
“Beşiktaş” yarımfinalda - Türkiyə Kuboku
“Trabzonspor” Superkubokun qalibi oldu - 9-cu dəfə
"Qalatasaray" derbidə məğlub oldu - FOTO
Türkiyə Super Kubokunun qalibi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər