Fransalı futbolçu "Neftçi" ilə vidalaşdı -""Neftçi"yə təşəkkür edirəm"
"İlk növbədə mənə Avropanın nüfuzlu yarışlarında iştirak etmək imkanı verən keçmiş klubum "Neftçi"yə təşəkkür edirəm".
Sportfm.az xəbər verir ki, bunu "Neftçi"dən ayrılaraq Fransa "Şatoru"suna keçən Romen Bask şəxsi instaqram hesabında yazıb.
26 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dakı karyerasının qısa, lakin təcrübə baxımından zəngin olduğunu bildirib: "Fürsətdən istifadə edib hər zaman bizə dəstək olan "Neftçi" azarkeşlərini salamlayıram və onlara uğurlar arzulayıram. "Şatoru" ilə müqavilə imzaladığımız üçün qürur duyuram. Yeni çağırışa başlamağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində ölkəsinin "Havr" klubundan keçmişdi. Paytaxt təmsilçisinin heyətində 12 oyun keçirən fransalı oyunçu "Şatoru" ilə 3 illik müqavilə imzalayıb.
Oxşar xəbərlər
"Neftçi"dən ayrılan futbolçu Fransa klubunda - Müqavilə
"Neftçi" fransalı yarımmüdafiəçisini göndərir
"Klubun infrastrukturu məni yaxşı mənada təəccübləndirdi" - Romen Bask
"Neftçi"də fransalı futbolçu - 2 illik müqavilə
"Neftçi" Fransadan oyunçu transfer edir - 2 illik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası