reklam
Sportfm.az xəbər saytı

"Ayrılanda bir-birimizə söz vermişdik ki, bir gün bura qayıdacağam" -Farioli


Bülent Korkmazla yollarını ayıran "Alanyaspor"un bu mövsüm 3-cü çalışdırıcısının adı açıqlanıb.

Sportfm.az xəbər verir ki, "Alanyaspor" vaxtilə Azərbaycanda da çalışmış Korkmazı italiyalı Françesko Farioli ilə əvəzləyib.

Beləliklə, "Karagümrük"dən ayrılan italyan çalışdırıcının Türkiyədəki macərası davam edəcək. Vaxtilə “Alanyaspor"da köməkçi məşqçi olan Farioli yenidən bu kluba qayıtmaqdan xoşbəxt olduğunu bildirib: "Alanyaspor"dan ayrılanda bir-birimizə söz vermişdik ki, bir gün bura qayıdacağam.Yenidən burada olmaq mənim üçün böyük şərəfdir. Prezidentimiz məni hər zaman dəstəkləyib və onunla çox gözəl dialoqumuz var. "Alanyaspor"u layiq olduğu yerlərə daşımaq üçün əlimizdən gələni edəcəyik".

"Alanyaspor"un prezidenti Həsən Çavuşoğlu da Farioli ilə yenidən işləməkdən xoşbəxt olduqlarını və yeni baş məşqçiləri ilə bir dövr uğurlu keçirmək istədiklərini bildirib: "Sabiq məşqçimiz Bülentə və komandasına "Alanyaspor"umuza göstərdikləri xidmətə görə təşəkkür edirik. Bildiyiniz kimi, yeni baş məşqçimiz Françesko Farioli ötən mövsüm komandamızda idi. Burdan "Karagümrük"ə baş məşqçi kimi getmişdi. Bu yaxınlarda ordan ayrıldı. Məşqçimiz Françesko ilə yolumuza davam etmək qərarına gəldik. Tanıdığımız və inandığımız məşqçidir. Klubumuz üçün faydalı olacağına inanırıq".

Oxşar xəbərlər

Superliqa klubunda ayrılıq - Müqaviləyə xitam verildi
Françesko Farioli Ruslan Abdullayevin taleyini yaşadı
Gözlənilməz istefa - Bülənt Korkmaz getdi
Superliqa klubu 31 yaşlı italyana tapşırıldı - Türkiyə Super Liqası
Super Liqa klubunda yeni baş məşqçi - İtalyan mütəxəssislə anlaşdılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər