"Qəbələ": "Bu şəxsin baş məşqçimizə münasibəti yolverilməzdir"
"Qəbələ" klubu bəyanat yayıb.
Sportfm.az xəbər verir ki, bəyanatda bunlar yazılıb:
"Qəbələ” – "Neftçi” matçında texniki zonadan uzaqlaşdırılan komandamızın baş məşqçisi Roman Qriqorçuk haqda "Neftçi” klubunda məşqçi funksiyasını yerinə yetirən Aleksandr Deriberinin açıqlamalarını çox təəccüb və təəssüf hissi ilə qarşıladıq. Əslində hadisələrin əsl səbəbkarı olan bu şəxs hər şeydən öncə özünün köməkçi məşqçi olduğunu nəzərə alaraq, nəinki komandamızın, istənilən rəqib komandanın baş məşqçisinə etiraz, aqressiv hərəkət nümayiş etdirməməlidir. Bunun əksinə olaraq, futbol və adi insanlıq normalarını heçə sayaraq, baş məşqçimizin hakimlə olan dialoquna qoşulan bu şəxs meydançada tərəflər arasında ciddi gərginlik yaratdı. Roman Qriqorçuk hər zaman rəqibə və oyun qaydalarına hörmət edir, Deriberin isə görünür ki, hər hansı bir yolla ictimaiyyətin gündəminə gəlmək istəyir. Çünki bu şəxsin oyun zamanı etdikləri və oyundan sonra mətbuata verdiyi açıqlama başqa cür izah oluna bilməz. Oyunu izləyən hər kəs müşahidə etdi ki, məhz bu şəxsin baş məşqçimizə qarşı yersiz atmacası və jestləri ilə tərəflər arasında mübahisə yarandı. Roman Qriqorçuk və "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev arasında qarşılıqlı hörmət və gözəl münasibət olduğu halda, bu şəxsin baş məşqçimizə münasibəti yolverilməzdir.
Bu şəxsin məşqçimiz haqda mətbuata açıqlaması da qeyri-peşəkar bir fərdin fikrindən fərqlənmir. Təbii ki, həmin şəxs futbol adamıdırsa, ölkəmizin futbolda qazandığı uğurların siyahısında Qriqorçuk soyadına tez-tez rast gəlməlidir. Bununla belə, ictimaiyyətə də bəllidir ki, Roman Qriqorçuk hər hansı uğurla kifayətlənən insanlardan deyil, özü və komandası üçün daim inkişafı düşünən mütəxəssisdir.
Ümid edirik ki, bu şəxs bundan sonra kimin başında tac olub-olmamasını aydınlaşdırmaqla yox, futbolda göstərəcəyi uğurlarla gündəmə gələcək".
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |