UWW güləşçimizə pul mükafatı verəcək -3 min
Dünya Güləş Birliyi (UWW) 2 illik fasilədən sonra sərbəst güləşçilərə verilən pul mükafatını bərpa edib.
Sportfm.az xəbər verir ki, idmançıların dünya reytinqindəki mövqeyinə uyğun müəyyənləşdirilən mükafatı ilk "üçlük"də qərarlaşan pəhləvanlar alacaqlar.
Reytinqdə ən yüksək yeri tutan idmançı 10 min ABŞ dolları, ikinci yerin sahibi 7 min dollar, üçüncü yerdə qərarlaşan isə 3 min dollar qazanacaq.
Mükafatçılar sırasında Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov da var. 92 kq çəki dərəcəsində dünya reytinqində 3-cü olan 23 yaşlı idmançıya 3 min ABŞ dolları mükafat veriləcək.
Qeyd edək ki, Nurməhəmmədov ötən ay Serbiyanın paytaxtı Belqradda keçirilmiş U-23 dünya çempionatında qızıl medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 7 medalla başa vurub
UWW Mariya Stadniki mükafatlandırdı - 3 000 ABŞ dollar
Bu gün bir boksçumuz mübarizəyə qoşulacaq - Dünya çempionatı
Millimizin heyəti açıqlandı - Dünya çempionatı
Dünya çempionatında bir ilk - Pul mükafatı veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası