reklam
Canni De Byazi federasiyanın qərarını gözləyir -
Sportfm.az xəbər saytı

Canni De Byazi federasiyanın qərarını gözləyir -AÇIQLAMA


Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi açıqlama verib.

Sportfm.az xəbər verir ki, İtaliya mətbuatına danışan De Byazi, AFFA ilə müddəti noyabrın 30-na qədər olan müqaviləsini yeniləməyə hazır olduğunu deyib:

“Əlbəttə, daha yaxşı nəticələr əldə etmək olardı. Amma işlədiyiniz konteksti, sahib olduğunuz oyunçuları, həmçinin mentalitet və münasibətdəki fərqləri başa düşməlisiniz.

Bəlkə də işimi davam etdirmək üçün mənə bir az cəsarət lazımdır. Amma hələ nə olacağını bilmirəm. Yaxın günlərdə AFFA rəhbərliyi ilə məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, daha 2 il işimi davam etdirə bilərəm. Mən hazıram. Görək, federasiya hansı qərarı verəcək”.

Oxşar xəbərlər

Canni De Byazi ilə bağlı qərar veriləcək
“Müqaviləm bitinə qədər Azərbaycanda qalacam” - Canni De Byazi
De Byazidən açıqlama - "Azərbaycan millisindəki işimi davam etdirəcəyəm"
AFFA Canni De Byazi ilə vidalaşır - Xarici mətbuat
Canni De Byazi hakimlərlə görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər