reklam
Daha bir stadion hazırdı -
Sportfm.az xəbər saytı

Daha bir stadion hazırdı -Dünya Çempionatı üçün


2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün sonuncu - 7-ci stadionun inşası başa çatıb.

Sportfm.az xəbər verir ki, bu barədə mundialın təşkilat komitəsinin baş katibi Həsən əl-Tavadi "Goal" nəşrinə açıqlamasında deyib.

O, "974" adı verilən arenada tikinti işlərinin tamamlanmasını elan etməkdən qürur duyduğunu bildirib: "Bu dünya çempionatına gedən yolda daha bir mərhələdir. Biz ölkəmizdə təşkil olunacaq ilk mundiala ev sahibliyi etməyə yaxınlaşırıq".

Daha əvvəl "Ras-Abu-Abud" adlanan stadion 40 000 azarkeş tutumuna malikdir. Bu arenada dünya çempionatının 7 oyunu, həmçinin Ərəb Ölkələri Kubokunun 6 görüşünün keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda 32 ölkənin iştirakı ilə baş tutacaq.

 

Oxşar xəbərlər

Qətərdə sonuncu stadionun inşası başa çatdı - DÇ-2022
DÇ-2022 üçün daha bir stadion - FOTO
DÇ-2022 üçün daha bir stadionun açılışı oldu - Qətərdə
Dünya çempionatı üçün 3 stadionun açılışı olacaq
Dünya çempionatı üçün tikilən stadionun açılışı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər