Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İlk qızıl medal qızdan gəldi -Uğur
BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında həlledici döyüşlər davam edir.
Sportfm.az xəbər verir ki, Azərbaycan karate yığması ilk qızıl medalını qazanıb.
Bu uğura İrina Zaretska imza atıb. Milliləşən ukraynalı 68 kq çəki dərəcəsində çempion olub.
O, yığmamız üçün yeganə finalda Silviya Semeraro ilə qarşılaşıb. İtaliyalı rəqibi üzərində qələbə qazanan İrina karyerasında ikinci dəfə dünya çempionu adına yiyələnib.
Bu, millinin Dubayda ikinci medaldır. Asiman Qurbanlı +84 kq çəki dərəcəsində bürünc mükafat əldə edib.
Medal şansını qoruyan kişilərdən ibarət komandamız isə 3-cü yer uğrunda görüşdə Özbəkistanla üz-üzə gələcək.
Oxşar xəbərlər
"Brilyant" medal qazana bilmədi
Azərbaycanın karate komandası dünya üçüncüsü oldu - UĞUR
Karateçimiz bürünc medal qazandı - Dünya çempionatı
Karateçimiz Avropa Oyunlarının qalibi oldu
İrina Zaretska qızıl medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası